Unikal.org-un məlumatına görə, "Nəsib Olsa" verilişində qonaq olan tanınmış teleaparıcı Afaq Gəncəli maraqlı açıqlamalar edib:

"Əvvəllər maqazin verilişlərini aparmaq çox rahat idi. İndi isə bu baxımdan korluq çəkirik. Artıq fikirləşirlər ki, olunan olunub, göstərilən göstərilib, soyunan soyunub, geyinən geyinib... Aha nə qalıb? Sən demə sənət göstərmək lazımdır, amma arada da bir şey yoxdur. Onu da biabırçı vəziyyətdə göstərməkdənsə, fikirləşirik ki, heç nümayiş etdirməyək. Axı nə göstərək?! Aygün Kazımova, Röya, Abbas, Zamiqdən nə qədər xəbər vermək olar?! Olmur... Yeni sima, iş göstərmək istəyirsən. "

Nəsib Nurun həmkarına "Bəlkə ulduzlarımız tənbəlləşib. Həm yaradıcılıq, həm də qalmaqal baxımından... Bir vaxtlar qalmaqal üzərində reytinq toplanardı" sözlərinə xanım həmkarı özünəməxsus cavab verib:

"Həmin qalmaqalın marağı var idi. İndiki qalmaqallar isə qabaqcadan düşünülmüş, planlaşdırılmış mövzulardır. Hazırda tamaşaçanı da aldatmaq qeyri-mümkündür. Biz təbii ki, belə hadisələrdən qaçırıq. Tanınmış simalar bir-birinin cavabını sosial şəbəkədə verir. Sosial şəbəkə sayəsində bir çox müğənnilər əlçatan olub. Yəni onlar sadəliyi, izləyici ilə yaxın təmasda olmaqda görürlərsə, artıq bu həmin müğənnilərə nə reytinq qazandırır, nə də gündəmə gətirir.