Aparıcı Xoşqədəm Hidayətqızı ilə ailə quran türkiyəli müğənni Doğuşun evliliklərindən iki il ötür.
Unikal.org bilidirir ki, aparıcı öz təəssüratlarını izləyiciləri ilə belə bölüşüb:
"Hər zaman birlikdə olmağı diləyirəm. Bu gün iki ilimiz tamam oldu. Sanki dünən olub bu nigah. Zaman necə sürətlə keçir. Nə yaxşı ki, həyatımda varsan, ədalətli, mərhəmətli insan. Mənim əkizlərimin atası, dostum, sirdaşım, yaxşı ki, səninlə birlikdəyəm. Allahımdan diləyirəm bizi heç vaxt tək qoyma, bizim sevgi mənbəyimiz. Evlilik ildönümümüz mübarək.