ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyədə səfərdədir.
Unikal.org xarici mətbuata istinadən məlumatına görə, Suriya və Mosuldakı əməliyyatları dəyərləndirmək üçün paytaxt Ankaraya gələn ABŞ Müdafiə naziri prezident Rəcəb Tayyib Ərdoğanla yarım saatlıq görüş keçirib. Karter ayrıca Baş nazir Binali Yıldırım və Müdafiə naziri Fikri İşıq ilə də bir araya gəlib.
ABŞ Müdafiə naziri, hər üç görüşdə də Mosul əməliyyatına Türkiyənin qatılması lazım olduğu mesajını verib.
15 İyul zərbə cəhdində ziyan görən Türkiyə Böyük Millət Məclisinə də ziyarət edən Karter, burada etdiyi açıqlamada Mosul əməliyyatını təkrarlayıb.
Qeyd edək ki, nazir ABŞ-da verdiyi açıqlamada, Mosul əməliyyatına kimlərin katılacağına Bağdad rəhbərliyinin qərar verməsi lazım olduğu ifadə etmişdi. Karterin Türkiyədə verdiyi son şərhi bütün deyilənləri alt-üst edib.