Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Esra Erolun evlilik verilişində gəlin namizədlər bəy namizəd üstündə mübahisə ediblər.
Qızlardan biri "Mənim sevgilimlə münasibətim bitmədən sən nə cürətlə ona mesaj yaza bilərsən, nə cürətlə hardan sən onun nömrəsini tapmısan. Sən onu nu mənim sevdiyim qədər sevə biləcəksənmi, mən onun qaşını, gözünü, kipriyini, dırnağını hər şeyini sevdim, onu elə sevə biləcəksənmi ürəyin varmı? Mən hələ də onu sevirəm" deyərək qışqırıb.
Esra onu çətinliklə sakitləşdirə bilib. Sosial mediada bu səhnə çox tənqid edilib. Çoxları qızın qürurunu bu qədər alçaldılmasına etirazını bildirib.