Depressiyaya düşən Türk müğənnisi Hədisədən heç bir xəbər yoxdur.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, "Trendyol" markası ilə 4 il əvvəl imzaladığı 500 min avroluq müqaviləyə əməl etmədiyi üçün məhkəməlik olan Hadisə qarşı tərəfə 250 min avro təzminat ödəməliydi. 

Buna əməl etmədiyi üçün borcuna qarşılıq olaraq "O səs Türkiyə yarışmasında  çəkiliş zamanı icra nümayəndələri studiyaya gəlib cərimə kağızını  imzaladıb, boynundakı və qulağındakı zinət əşyalarını götürmüşdülər.

Bütün bu baş verənlərdən sonra depressiyaya düşən müğənnidən heç bir xəbər yoxdur.

Çətin günlər keçirdiyini bildirən Hadisənin yaxınları, onun heç kimlə görüşmədiyini və heç bir yerə getmədiyini deyiblər.