Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, "Sex and The City" ("Böyük şəhərdə seks") filminin aktrisası Kim Viktoriya Kattrall, filmdə canlandırdığı seks həvəskarı "Samanta Cons" obrazının onun həyatını məhv etdiyini söyləyib:
"Bu rola görə ailəm dağıldı. Çünki evdə ola bilmirdim. Çəkilişlərdəydim. Ərim çox kədərli, tənha və əsəbi idi".
69 yaşlı Mark Levinsonla 1998-2004-cü illərdə ailəli olan aktrisanın hazırda 60 yaşı var. O, canlandırdığı obrazın tam əksi biri olduğunu, ancaq kişilərin onu "Samanta" kimi gördüyünü söyləyib. Buna görə də ailə qura bilməyən Kim Kattrall nə olur olsun, həmin obrazı çox sevdiyini vurğulayıb.