Alimlərdən ibarət qrup bir neçə il ərzində tomoqrafiya vasitəsilə oğlan - fironun üzünü canlandırmağa çalışıb. Onlar 2 mindən çox tomoqrafiya şəkli çəkiblər.

Eyni vaxtda mütəxəssislər Misir fironu Tutanhamonun və onun yaxınları ehtimal olunan şəxslərin üzərində genetik daktiloskopiya (DNK) həyata keçiriblər.

Unikal.org bilidirir ki, 10 ildən artıq davam edən genişmiqyaslı araşdırmalar Misir fironunun necə göründüyünü, onun ata və anasını tapmağa, həmçinin onun niyə belə gənc yaşda vəfat etməsini öyrənməyə imkan verib.


Araşdırmalar zamanı məlum olub ki, Tutanhamon bir sıra xəstəliklərdən əziyyət çəkib. Onun çox kövrək sümükləri olub. Firon gəzəndə əyri gəzirmiş və o sol ayağını çəkirmiş. Fironun sol ayağının pəncəsi anadangəlmə çıxıq olub.

Tutanhamonun əsa ilə gəzdiyi müəyyən edilib. Yeri gəlmişkən onun məqbərəsində 300-ə yaxın əsaya bənzər çubuq aşkarlanıb. Alimlər daha əvvəl onların firon üçün nəzərdə tutulduğunu və bunların məqbərəyə fironun o biri dünyada ehtiyacı olmaması üçün qoyulduğunu dərk etmirlərmiş.

Kəllə sümüyü hesabına fironun simasını bərpa edən alimlər öncə onu yaraşıqlı oğlan kimi təsvir ediblər. Lakin daha detallı araşdırma onun təsvir olunan görünüşdə olmadığını üzə çıxarıb. Alimlər bundan əlavə fironun dişlərinin əyri olması qənaətinə gəliblər.


Araşdırmalara rəhbərlik edən Misir Ərəb Respublikasının tarix üzrə Ali Şurasının sabiq baş katibi Zahi Havass faktı təsdiqləyib: "Fironun genetik çatışmazlıqları olub. Bu çatışmazlıqlara görə qadına çox bənzəyib. Onun böyük baldırları və süd vəzilərinə bənzər vəziləri olub.

Ancaq onun yuxarı qalxan kəllə sümüyü və hörümçək pəncələrinə məxsus uzanmış əlləri olmayıb. Yəni fironu yadplanetlilərin genetik eksperimentlərinin qurbanı olmasın deyə ufoloqlar səhv ediblər. Havassın sözlərinə görə, Tutanhamon da"yadplanetlilərə məxsus heç nə yoxdur.


Ata! Ana! xala...?

16 mumiya üzərində aparılan genetik analiz Tutanhamonun yaxınlarını aşkar etməyə imkan verib. Onun nənəsi -Tiyya, anası Ehnatona. KV55 kod adı ilə tanınan mumiya isə Tutanhamonun atası Ehnaton olub. KV35YL kodu adı isə fironun anası olub. O, Ehnatonun doğma bacısı olub. Yəni, oğulda olan qəribəliklər bacı-qardaş nikahının təzahürüdür.

Heç kim onu öldürməyib...

Tutanhamon eramızdan əvvəl 1333-cü ildə, 9 yaşında hakimiyyətə gəlib. 19 yaşında qeyri-müəyyən şəraitdə ölüb. Fironun belə gənc yaşda ölməsi çox alimləri düşündürürdü.

1925 ci ildə mumiya üzərində ilk dəfə araşdırmalar aparılan zaman üzərində heç bir xəsarət aşkarlanmamışdı. Tutanhamonun ehtiyatla boğulduğu ehtimal olunurdu.

40 il sonra mütəxəssislər mumiya üzərində rentgen etdilər. Məlum olub ki, kəllə sümüyü arxa nahiyədən sınıqdır, onun içərisində sümüklərin qalıqları aşkarlanıb. Belə çıxırdı ki, Tutanhamonu arxadan küt alətlə vurublar.

2002-ci ildə britaniyalı polislər Qreq Kuper və Mayk Kinq fironu öldürən "şəxsi tapıblar. Deduksiya yolu ilə onlar qatılin "baş nazir Ay olduğunu iddia ediblər.

2005-ci ildə tomoqrafiya göstərdi ki, Tutanhamonun kəllə sümüyünün tamlığı onun ölümündən sonra pozulub. Fironun sol ayağının sümüyü isə hələ o sağ olduğu vaxt sınıb. Bu isə öz növbəsində yeni fərziyə yaratdı: Guya Tutanhamon yarışlar zamanı cəng arabasından yerə yıxılıb və onun qanı zəhərlənib. Bu isə ölümlə nəticələnib.

Genetik analizi isə fironun malyariyadan öldüyünü göstərib. Belə ki, onun qalıqları üzərində 3,5 min il sonra malyariya yaradan maddələr aşkarlanıb.

Tutanhamon çətin ki, cəng arabalarında yarışıb - ona sol ayağı mane olub. Lakin onun sınmış ayağı yenə də həlledici rol oynayıb. Belə ki, sınmış ayağı fironun orqanizmini zəiflədib. Nəticədə ayağa malyariya ağcaqanadları vasitəsilə infeksiya keçib.

Onun üzü qafqazlılara bənzəyib.

Bu arada Sürixdə yerləşən iGENEA genealoji araşdırmalar mərkəzindən olan bioloqlar sensasion nəticələr əldə ediblər. Belə ki, Misirdən olan arxeoloqlar Tutanhamonun sol çiyni və sol ayağından olan nümunələri DNK analizi üçün İsveçrəyə göndəriblər. Alimlər müəyyənləşdiriblər ki, Genetik olaraq avropalı kişilərin yarısı Tutenhamonun qohumlarıdır. Böyük Britaniya, İspaniya və Fransa kimi ölkələrdə "fironların payı 60-70 faizə çatır. Belə ki, DNK-da aşkarlanan R1b1a2 qaploqrupu daha çox müasir Avropa kişilərində aşkarlanır. Bu göstərici misirlilərdə bir faizi belə keçmir.

İsveçrəli bioloqların araşdırması bir daha göstərdi ki, müasir misirlilər heç də qədim misirlilərin davamçıları deyil. Onların öz qədim hökmdarları ilə demək olar ki, heç bir oxşarlıqları yoxdur. Bu isə Misir cəmiyyətinin xüsusiyyətlərini az-çox izah edir.

Fironların özləri isə yerli olmayıb

Hesab olunur ki, Misir hökmdarlarının və avropalıların ümumi əcdadı təxminən 9500 il əvvəl Qafqazda yaşayıb. Təxminən 7 min il əvvəl onun birbaşa davamçıları Avropada məskunlaşıblar. Onlardan kimsə Misirə gedib və firon tituluna qədər yüksəlib. Tutanhamon və onun ulu babaları Qafqazəsilli simaya malik olublar. Ola bilsin ki, o gürcü, osetin, dağıstanlı və hətta çeçen olub.


Azvision.az