Unikal.org xəbər verir ki, insident nəticəsində azı 4 mühacir həyatını itirib.
Liviya sahil mühafizə xidmətinin hücumu qayıqda həyəcana səbəb olub. Qayığının zədələnməsi səbəbindən mühacirlər dənizə tökülüb. Hadisə nəticəsində, həmçinin 15-25 mühacirin də itkin düşdüyü bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatın məlumatına əsasən, ilin əvvəlindən oktyabrın 16-dək Aralıq Dənizi vasitəsi ilə Avropa ölkələrinə 319 min mühacir və qaçqın gəlib. Bununla yanaşı, 3,6 min nəfər suda boğularaq həlak olub və ya itkin düşüb.