Bakı şəhərində "Ekoklubların fəaliyyət göstərdiyi 30 pilot ümumi təhsil müəssisəsində "Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi layihəsinə start verilib.
Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən "Yaşıl şəbəkə ekoloji maarifləndirmə proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etməkdir.
Layihə çərçivəsində pilot məktəblər "Məktəblərin yaşıl şəbəkəsi mövzusunda keçiriləcək müsabiqədə iştirak edəcəkdir. Müsabiqənin sonunda məktəblərin ekoloji pasportlaşdırılması tərtib olunacaq.
Müsabiqədə fərqlənən məktəblərə "Mənim məktəbim ətraf mühitə diqqətlidir ekoloji emblemi təqdim olunacaq.