Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd "Samsung Galaxy J1 mini, 5 ədəd "Samsung Galaxy J1 və 6 ədəd "Samsung Galaxy J3 markalı telefonlar, avtomobilin ön sağ təkərindən isə 30 ədəd "Samsung markalı adaptelər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.