Türkiyədə dəhşətli qətl hadisəsi qeydə alınıb.
Unikal.org milliyət-ə istinadən xəbər verir ki, Antaliyada 30 yaşlı Ramazan Kabaağaç uzaq qohumunu öldürüb.
O, bu gün səhər saatlarında65 yaşlı Ahmet Kahyanın işlədiyibazara gələrəkhər kəsin gözü önündə gətirdiyi tüfəngdən atəş açaraq onu öldürüb.
Məlum olub ki, Ahmet Ramazanın sevdiyi qız ilə evlənməyinə dəfələrlə mane olub.
Hadisə yerinə gələn polislər təqsirkarı həbs ediblər.
Dəhşətli cinayət bazarın təhlükəsizlik kamerasında görüntülənib.