Göyərtəsində 22 nəfərin olduğu "Mi-8 tipli təyyarə Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində qəzaya düşüb.
Unikal.org xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından olan mənbə bildirib.
Mənbənin sözlərinə görə, ekipaj üzvləri ilə əlaqə kəsilib. Təyyarənin məcburi enişi barədə təyyarədəki sərnişinlərdən biri məlumat verib.
Qəza nəticəsində xəsarət alanların sayı dəqiq deyil.
Təyyarənin "Skol aviaşirkətinə məxsus olduğu qeyd olunur.