AzTV-nin xəbərlər departamentinin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun iş yoldaşları veriblər. Rejissoru oktyabrın 20-si axşam saatlarında maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 22-si axşam saatlarında dünyasını dəyişib.

Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.
Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.

Rəşad Zöhrabov bu gün Buzovna qəbiristanlığında da dəfn ediləcək.
***

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

AzTV-nin əməkdaşı Ruslan Həsənov sosial şəbəkədəki səhifəsində yazıb. Qeyd edib ki, hadisə oktyabrın 20-də axşam saatlarında baş verib.

Yolu keçmək istəyən Rəşad Zöhrabovu avtomobil vurub. Həkimlərin müdaxiləsinə baxmyaraq, o, bir gün sonra müalicə aldığı xəstəxanada keçinib. Dünyasını dəyişən rejissorun dörd övladı var.

Ruslan Həsənov bildirib ki, mərhumla vida mərasimi Təzə Pir Məscidinin "Vida" zalında olacaq. (azvision.az)