Dünən Quba rayonunda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə Quba rayonunun Vladimirovka kəndində qeydə alınıb.
Rayon sakini Habil Muradovun idarə etdiyi "VAZ-2106 və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi "AzSamand markalı avtomobillər toqquşub.
Nəticədə B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.