Tallin hava limanına partladıcı qurğunun yerləşdirilməsi barədə məlumatdan sonra aeroport binasındakı bütün insanlar təxliyə olunub.
Unikal.org xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Estoniya polisinin Pıxyask prefekturasının mətbuat xidməti məlumat yayıb.
Polis hazırda itlər vasitəsi ilə hava limanının binasında axtarış aparır.
Tallinə gələn təyyarələr limana ensələr də, sərnişinlərə salonu tərk eyməyə icazə verilmir. Sərnişinləri qarşılamaq üçün gələn insanlar hava limanının binasına buraxılmırlar.