Türkiyənin Adana şəhərində bir qrup qadının uşaqlarını oğurlayaraq, onları əxlaqsızlığa məcbur edib. Bu cinayətkar dəstəni 14 yaşlı bir qız və onun atası idarə edib.
Unikal.org xəbər verir ki, cinayətkar dəstə özünün "qaynar xəttini də yaradıb və telefon zənglərinə E.B. (ad və soyad göstərilmir-red) adlı 14 yaşlı qız cavab verir. Dəstəyə onu atası Ömər B. rəhbərlik edib.
13 nəfərdən ibarət olan dəstənin iş metodu da dəhşətlidir. Belə ki, dəstə bəzi qadınları əxlaqsızlığa məcbur etmək üçün onların uşaqlarını oğurlayaraq gizlədiblər. Misal üçün, həyat yoldaşından boşanan 22 yaşlı Cansu E.-yə əvvəlcə kömək etmək bəhanəsi ilə yaxınlaşıblar. Daha sonra onun övladını qaçırdaraq, özünü əxlaqsızlığa məcbur ediblər. Övladını isə ona 15 gündən bir göstərirmişlər. Bununla yanaşı, dəstənin üzvləri əvvəlcə qızlarla tanış olur, bir müddət görüşdükdən sonra, onları da əxlaqsızlığa məcbur ediblər.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində dəstənin bütün üzvləri həbs olunub.