Misir Rusiyaya 1 dollara iki ədəd Fransa istehsalı olan "Mistral tipli vertolyot gəmisi satıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Antoni Matsareviç parlamentdə çıxışı zamanı bəyan edib.
Nazir deyib ki, sözügedən gəmiləri əvvəl Fransa özü Rusiyaya satmaq istəsə də, ancaq ABŞ və Avropa Birliyinin təzyiqlərindən sonra bundan vaz keçib:
"Daha sonra isə Fransa həmin gəmiləri Misirə ötürüb. Misir isə Fransa gəmilərini formal olaraq 1 dollara Rusiyaya satıb. Hələ 2011-ci ildə Fransanın 1,2 milyard avroluq qarşılığında Rusiya üçün 2 ədəd "Mistral tipli vertolyot gəmisinin istehsalı ilə bağlı razılıq əldə olunub. Fransa Krımın işğalı və Ukraynaya hücumlardan sonra ABŞ və digər Qərb ölkələrinin təzyiqi ilə Rusiyaya "Mistral gəmilərinin satışından imtina edib. Buna görə də 2015-ci ildə Rusiya və Fransa "Mistral tipli 2 döyüş gəmisinin istehsalı ilə bağlı müqaviləni ləğv etmişdi. Ancaq Fransa prezidenti Fransua Olland həmin gəmiləri Misirə satdı. Həmin gəmilərdən biri iyunda, digəri isə sentyabrda Misirə təslim edilib. Misir isə həmin gəmiləri yenidən Rusiyaya satıb. Bu barədə bizdə dəqiq kəşfiyyat məlumatları var.
Antoni Matsareviç bütün bunlara görə Fransa hökumətini "ikiüzlü adlandırıb.