İtaliya sahil mühafizə qüvvələri Aralıq dənizində minədək afrikalı miqrantı xilas edib.

Unikal.org-un"RİA Novostiyə istinadən verdiyi xəbərə görə, miqrantların xilas edilməsi əməliyyatında həmçinin "Sərhədsiz həkimlər beynəlxalq təşkilatın nümayəndələri də iştirak edib.

Məlumata görə, dənizdə bir rezin qayığın batması nəticəsində 10 miqrant itkin düşüb, onlardan doqquzunun meyitini bir müddət sonra aşkarlamaq mümkün olub.