Unikal.org axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"15 iyul gecəsi bəziləri əlinə silah almaya bilər. Lakin onların haradan dəstək aldığı bəllidir. Vücudumuzu bunlardan təmizləməliyik. 17-25 dekabr tarixindən əvvəl bu şəbəkənin əsl üzünü görməyənləri anlamaq mümkün idi. Lakin bu tarixdən sonra FETÖ-nun daxilində qalmağı tərcih edənlərə səslənirəm: Sizi harada tapmağımızdan asılı olmayaraq, elə oradaca həbs edəcəyik, - Ərdoğan bildirib.