Oğuzda 62 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb.
Unikal.org xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından Lent.az-a məlumata görə, oktyabrın 22-i axşam saat 20 radələrində Oğuz rayonu Calut kənd sakini, 1954-cü il təvəllüdlü Məhərrəm Məhəmməd oğlu Abbasov döyülmə xəsarətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 62 yaşlı M. Abbasov döyülmə zamanı müxtəlif bədən xəsarətləri ilə bərabər sağ çənə sümüyünün çıxığı və sınığı xəsarəti də alıb. M. Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Oğuz RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.