Suriyadakı savaşda valideynləri və 2 qardaşı öldürülən 12 yaşlı Adullah adlı suriyalı uşaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qucaqlayaraq, ona təşəkkür edib.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Bursada təşkil olunan mərasimdə Tükiyə prezidenti də iştirak edib.
Çıxışı zamanı Ərdoğana yaxınlaşan suriyalı uşaq onu qucaqlayaraq, minnətdarlığını bildirib.
Daha sonra Suriya preizdenti Bəşər Əsədin əleyhinə şüarlar səsləndirən Abdullah oraya toplaşan insanların təəccübünə səbəb olub.
Suriyalı uşaq "Məhv olsun Əsəd, Allah səndən razı olsun Ərdoğan" şüarını səsləndirib.