Ucar rayon sakininin intihar etdiyi bildirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Oğuz küçəsində baş verib.
Rayon sakini, 1974-cü il təvəllüdlü Şıxəli Musa oğlu Hacıyevin həyətindəki ağacdan asılmış meyiti yaxınları tərəfindən aşkarlanıb.
Hadisənin səbəbi hələlik məlum deyil.
İlkin məlumata görə, Ş. Hacıyev ruhi xəstə olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.