Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hazırda İŞİD tərəfindən tutulan Mosul şəhəri vaxtilə Türkiyəyə aid olub.
Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Bursada tərəfdarları qarşısında çıxış edərkən bildirib.
"Anlamaq lazımdır ki, İraqda çox qədim şəhərlər var. Tarixdə Kərkük bizim şəhər olub, Mosul bizim idi", - deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan növbəti dəfə Qərb ölkələrini tənqid edərək deyib ki, onlar indiyədək İraq və Suriya üçün müsbət mənada heç nə etməyiblər.