İsveçin "Dagens Nyheter" qəzetinin fotoqrafı Paul Hansen İraqda snayperdən açılan atəş nəticəsində iki güllə yarası alıb.
Unikal.org xəbər verir ki, o, nəşrin müxbiri Erik Ulsson ilə birgə Mosul yaxınlığında İraq ordusu və kürd dəstələrinin əməliyyatlarını müşahidə edib.
Yaralıya Ərbil şəhərində tibbi yardım göstərilib və onun yarasının çox da ağır olmadığı müəyyən edilib.