Möhtərəm dostum Putinin Yaxın Şərq böhranı və terrorla mübarizədə dəstəyinə ehtiyacım var.
Unikal. org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Rossiya-1 kanalında Mixail Qusmanın təqdimatında keçirilən "Formula Vlasti proqramında söyləyib:"Rusiya ilə əməkdaşlığımız üçün lazım olan hər bir addımı atmağa hazırıq.
Ərdoğan Rusiya və Türkiyənin iki qonşu dövlət olduğunu və sülh üçün birlikdə hərəkət etmələrinin lazım olduğunu vurğulayıb:"Bir-birimizə elə çox yaxınıq ki, məsələn, mən müraciət etsəm, Soçidən səsimi eşidərlər, Soçidən müraciət etsələr, mən eşidərəm. Sülh üçün birlikdə hərəkət etmək lazımdır. Birlik və həmrəylik içərsində addım atmağımıza ehtiyac var. Bütün Rusiya xalqına öz xalqım adından səmimi arzularımı yetirirəm. Spasibo!.
Qeyd edək ki, veriliş efirə oktyabrın 22-si gedib.