Ikinci dəfə ata olan müğənni Kərim Abbasov "ATV maqazin onlarla" verilişinə açıqlamasında, onu təbrik edən keçmiş həyat yoldaşı Təranə Səmədovadan danışıb.
Unikal.org-un məlumatına görə, ifaçı ona təşəkkürünü bildirib:
"Yalandan deyə bilmərəm ki, təbriki oxumamışam. Ona təşəkkür edirəm, Allah balasını saxlasın. O insandan heç nə gözləmirəm. Addımını atdı, bu onun sayğısından,hörmətindən irəli gəlir. Allah balasını saxlasın. Bu haqda çox danışmaq istəmirəm, mənim də öz yaralarım var. Heç nə əvvəlki kimi ola bilməz, yaralarımı açmayın.
Qeyd edək ki, T.Səmədova və K.Abbasov 2008-ci ildə ailə qurub, bir müddət sonra ayrılıb. K.Abbasov daha sonra Təranə adlı başqa bir xanımla evlənib.
Daha sonra Kərim şou-biznesdə küsülü həmkarlarından danışdı.
" Gördüm kimlərsə barışdı, əslində mən çox sevinirəm.Mənim də incidiyim insanlar var. Hətta danışmırıq da onlarla.3-4 nəfər var kimehriban düşmənlərim istəməzdim küsülü qalım.Qoy mən gedəndən sonra demesinlə ki, gorbagor olsun desinlər ki, allah rəhmət eləsin. Mən kiməm, heçkiməm".