Müğənni Natavan Həbibi "ATV Maqazin 10larla" verilişində açıqlama verib.
Unikal.org-un məlumatına görə, ifaçı bildirib ki; "Mən ümumiyyətlə indi heç kimin adını çəkməyəcəyəm. İstədiyim insanın adını çəkərəm. Danışmaq istədiyim insan haqda danışaram. Elə insanlar var ki, onlar mənə heç lazım da deyil. Ona görə də onlar mənim həyatımda olmayacaq. Bizim aramızda hər şey bitib".
Natavan, Elnarənin adını eşitmək istəməsə də, E.Xəlilova küsülü olduğu N.Həbibinin Aygün Kazımova ilə barışığını təqdirəlayiq addım adlandırdı,onların barışığına hər kəsdən çox sevindiyini bildirdi.
"Çox sevindim. Həqiqətən də təqdirəlayiq addımdır. Mən bunu gözləyirdim. Böyük gərək özünü böyük kimi göstərsin. Kiçik də öz yerini bilsin. Aygün xanım həmişə böyüklüyünü bilib, özünü də böyük kimi aparmağı bacarıb. O küskünlük, neqativlik kimə xeyir gətirib ki? Hər ikisinin adına çox sevindim.O, mənə çox yaxındır. Natavanı doğmam kimi hiss edirəm. Burda qadın həmkarlığını göstərmək də lazımdır. Qısa ömrümüz var. Allah bilir ki, bundan sonra neçə il yaşayacağıq. Çalışaq ki, qəlb qırmayaq, kin saxlamayaq, kiminsə xətrinə dəyməyək".