Ötən gün azərbaycanlı müğənni Rahidə Baxışovanın ailəsində ağır itki baş verib.
Unikal.org primetime.az-a istinadən xəbər verir ki, müğənninin cavan qardaşı dünyasını dəyişib. Bu barədə tanınmış teleaparıcı Lalə Əlimuxtarova məlumat verib.
Aparıcı üzüntüsünü bu sözlərlə ifadə edib: "Hər zaman gülərüz gördüyünüz Rahidə Baxışovanın cavan qardaşı rəhmətə gedib. Allah heç kimə belə ağır itki nəsib etməsin. Allah anasına səbr versin. Ayın 25-i mərhumun 3 mərasimidir. Mənə elə gəlir ki, məhz ağır gündə insanın yanında olmalısan".
Qeyd edək ki, aparıcı, mərhumun nə səbəbdən rəhmətə getməsi haqda isə heç bir məlumat verməyib.