Bakıdakı hotellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.
Unikal.org xəbər verir ki, "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo" hotelində qeydə alınıb.
Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.
Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.
O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır.