Əməkdar artist Elza Seyidcahanla müğənni Xatun Əliyeva arasında qalmaqal yaşanıb.
Unikal.org-un məlumatına görə, Xatun qarşı tərəfin ifaçı Şəhla Həmidovanın ünvanına dediyi "Səsin də, pulun da var, bəsdir ağladın sözlərinə münasibət bildirib.
X.Əliyeva "10-dan sonra verilişində E.Seyidcahanın ondan inciməsinin səbəbini açıqlayıb:
"Elza xanım, insan məzlumun zalımı olmaz, zalımın zalımı olar. Şəhla ilə nə işin var? Son zamanlar çox aqressivləşmisiniz. Heç kimi aşağılamayın, Allahdan qorxun. Elza xanımı verilişimizə çağırdıq gəlmədi. Dedi ki, Xatun məni ələ salıb. Onu parodiya etməyimi dəyərləndirməli idi, bununla gündəmə gəlir.
E.Seyidcahan Xatunu tənqid edib:
"Bəzi uğursuzlar var ki, səhnəyə gəlmək istəyirlər, alınmır. Şəhlanın tərəfini tutub, ağlayıb özünü reklam edir, onu-bunu karikatura edə-edə qabağa getməyə çalışır. Görək nə vaxta qədər gedəcəklər. Yazığım gəlir onlara, öz həyatlarını yaşamırlar. Bizdən icazə almadan parodiya edirlər. Bəzi axmaqlar ağıllılara təzyiq göstərirlər ki, aqressivsiniz. Bu cür insanlarla bağlı ölçü götürmək lazımdır.