Qoz demək olar ki, ölkəmizin hər bölgəsində yetişir. İnsan beyninə bənzəməsi və beyinə faydalı olması ilə diqqət çəkir. 

Unikal.org qozun faydalarını təqdim edir:

Qoz - zehni qüvvətləndirir, qavramanı artırır. Ən əsası isə tərkibində omeqa-3 maddəsi olduğu üçün ürək damarlarının daralıb tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Damarlarda daha az laxtalanma olan qan tipinin yaranmasına və yaxşı xolestrol nisbətinin pis xolestrol nisbətinə görə artmasına kömək edir. Təsdiq edilib ki, xolestrolu aşağı salma qabiliyyətinə də malikdir. Ürək xəstəliklərinə faydalı olması ilə yanaşı, döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır.

Öd daşının meydana gəlməsinin qarşısını alır. Qozun tərkibindəki melatonin gecə işləyən zaman yuxu pozğunluğu çəkən şəxslərdə narahatlığı aradan qaldıra bilir. Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır. Orqanizmi manqan və mislə təmin edir.
Картинки по запросу qoz ləpəsi
Qoz yodla zəngindir və zob xəstəliyinə kömək edən çərəzlərdəndir. Hər səhər 3-4 ədəd qoz yemək çox gözəl təsir edir və faydalıdır. Gün ərzində isə qozu 30-50 qramdan artıq yeməməliyik. Qozu çox yediyimiz zaman orqanizm ehtiyacı olan qədərini özündə saxlayır, artıq yediyimiz hissəsini isə yağa çevirir və çəkinin artmasına səbəb olur. Bu da orqanizm üçün zərərlidir. Unutmayaq ki, hər şeyin çoxu ziyandır.

Qozun meyvəsindən əldə edilən yağla üz ləkələrini masaj etsəniz, ləkələr gedər. Bu yağdan qaralmaq üçün də istifadə edilir. Gözaltı qırışların aradan qaldırılmasına da faydalıdır. Üzü nəmləndirir. Qozun yaşıl və ya qəhvəyi rəngli qabıqlarını qaynadıb içmək qanın təmizlənməsinə səbəb olur. Qabıqların qaynadıldığı suyla saçımızı yaxalasaq, saç tökülməsinin qarşısı alınar. Saçları gücləndirir və parlaqlıq verir. Qozun yarpaqları suda qaynadılıb alınan məhlul ilə qarqara edilərsə, ağız qoxusu aradan qaldırılar. Bu, bir dəfə deyil, vaxtlı-vaxtında edilsə, faydalarını görəcəksiniz.
Картинки по запросу qoz yagi

Qoz həmçinin bəlğəmli öskürək üçün də xeyirlidir. Bəlğəmli öskürəyi təmizləmək üçün asanlıqla əldə edilə bilən içkinin hazırlanmasını təqdim edirik. 

Hazırlanması:
Qozu sındırdığınız zaman mərkəzi hissədə rastlanan (iki ləpə arasındakı )yarpaq şəkilli məsamə bəlğəmli öskürək üçün ən yaxşı məlhəmdir. Həmin məsaməni 1 stəkan suda 2-3 dəqiqə qaynatdıqdan sonra için. Əvəvəlcədən də qeyd etdiyimiz kimi, dadını bəyənməsəniz, balla dadlandıra bilərsiniz.
Öskürəyə bir gündə son! - Qoz pərdəsinin inanılmaz faydası