Yeməklərdə ədviyyat kimi istifadə edilən zərdəçal (sarıkök) başda xərçəng olmaqla bir çox xəstəliyin müalicəsində istifadə edilir.

Unikal.org-un məlumatına görə, xərçəng xəstələrinin müalicəsində kimyaterapiya ilə birlikdə, tamamlayıcı müalicə üsulu olaraq damar yoluyla verilən zərdəçal kimyaterapiyanın təsirlərini artırır. Bu faktı elmi araşdırmalar da sübut edib. Zərdəçal kimyaterapiyanın fəaliyyətini artırır, eyni zamanda yan təsirlərini də azaldır. Türkiyəli onkoloq Mutlu Demirayın zərdəçalın kimyaterapiyaya təsirləri haqqında firkirlərini təqdim edirik.

Zərdəçalın faktor maddəsi olan curcuminin problemi ağızdan alındıqda çox az miqdarda qana keçməsidir. Bu səbəbdən də xüsusi curcuminlər inkişaf etdirildi. Bunlar standart curcuminlərə nisbətlə təxminən 30-50 qat daha çox qana keçə bilirlər. Həmin məhsulların istifadəsi müalicənin müvəffəqiyyətini artırır.

Dünyada 4 min ildir istifadə edilir

Aparılan araşdırmalar zərdəçalın faktor maddəsi olan curcuminin bir çox xəstəliyin şəfa qaynağı olduğunu sübut edib. Yeməklərə qatılan bu bitki bəzi xəstəliklərin müalicəsində damar yoluyla da istifadə edilir. Türkiyədə xüsusilə xərçəng xəstələrinin müalicəsində kimyaterapiya ilə birlikdə, tamamlayıcı müalicə üsulu kimi istifadə edilir.

Zərdəçal xərçəngin meydana gəlməsinə mane olur və yayılmasının, böyüməsinin qarşısını alır. Ən əhəmiyyətlisi də xərçəngdə kimyaterapiya dərmanlarının təsirlərini qat-qat artırır. Zərdəçal, yəni curcuminin istifadəsiylə xərçəng arasında birbaşa əlaqə aşkarlandıqdan sonra elm dünyasının diqqətini çəkib.

Necə istifadə edilməlidir?

Zərdəçalı yemək və salatlarınıza qata bilərsiniz. Xüsusilə yemək hazırlayarkən bişməsinə az qalmış zərdəçalı qara bibərlə birlikdə yeməyə qatsanız qana keçməsini təmin edərsiniz. Hindlilər də belə istifadə edir. Təbii ki, ən gözəl üsul damardan tətbiq etməkdir.

Xəbərdarlıq: Öd kisəsində daş olanlar bu ədviyyatı istifadə edərkən diqqət etməlidirlər.

Hansı xəstəliklərə faydası var:

- Alzheimer
- Sədəf
- Oynaq ağrıları
- Göz iltihabları


Ailə.lent.az