İtaliyada Avropanın ən yaşlı begemotlarının balası doğulub.

İtalyan zooparkının işçilərinin Qonsalo və Kamilla adlarını verdikləri begemotların balasının çəkisi sabahı gün 1 tona çatıb.

Unikal.org bu barədə milli.az-a istinadən xəbər verir.

Zooparkın işçiləri istəyənlərə oktyabrın 25-dək yeni balaya ad fikirləşməyi təklif ediblər. Bu adlar həm dişiyə, həm də erkəyə uyğun gəlməlidir, çünki yeni doğulan begemotun cinsiyyəti hələ bəlli deyil.

Təklif olunan adlar arasında Popo (suaxili dilində - kəpənək), Kuamata (kosa dilində Böyük ruh), Tamu (suaxili dilində - şirin), Vimbi (suaxili dilində - dalğa), Zibu (zulu dilində - nimfa) var.

Qeyd edilir ki, bu zooparkdakı bütün begemotlara afrikan adları verilib.

Qonsalo və Kamilla Avropanın ən yaşlı begemotlarıdır, hərəsini yaşı 40-dan çoxdur. Ömürləri boyu onların 10-dan çox balası doğulub.