BMT-nin məqsədlərinə layiqincə nail olmaq üçün islahatlar aparmağa ehtiyacı var.
Unikal.org xəbər veri ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin yaranmasının 71-ci ildönümü münasibəti ilə açıqlamasında bildirib.
"Ölkəmizin də qurucuları arasında olduğu Birləşmiş Millətlər Təşkilatının 71-ci ildönümü millətimiz və bütün bəşəriyyət üçün xeyirli olsun. Qədim tarixi, zəngin mədəni təcrübəsi, strateji mövqeyi və təbii gözəllikləri ilə İstanbulun BMT-nin mərkəzi olaraq təşkilatın missiya və hədəflərinə çox dəyərli töhfələr verəcəyinə inanırıq, - Ərdoğan qeyd edib.