Bu kənddə qış aylarında havanın temperaturu -52-78 arasında dəyişir. Bura dünyanın ən soyuq yaşayış yerlərindən biri, Rusiyadakı Oymyakon kəndidir.
Unikal.org-un məlumatına görə, kənddə 600-ə yaxın insan yaşayır. Kənddə orta temperatur -47 dərəcədir. Bir məktəb və sağlamlıq ocağının olduğu Oymakonda qış aylarında elektrik cihazlarından, demək olar ki, istifadə etmək mümkün olmur. Kəndlilər at və maral əti ilə qidalanır, kömür və odundan istifadə edilir. Oymyakonda qışda ancaq 3 saat günəş görünür.
Məktəblərdə ancaq -52 dərəcədən aşağı temperatur olsa, tətil elan edilir. Kənddə yay aylarında turistlər gəlir. Kəndlilər məhz bu zaman əldə etdikləri gəlirlə qışa tədarük görürlər. Oymyakonda hava şəraiti nə qədər pis olsa da, kəndlilər burada yaşamaqdan məmnundurlar. Yay aylarında havanın temperaturunun 30 dərəcəyə qalxması anormal hal kimi qəbul edilir. Əslində Oymyakon "donmayan su" deməkdir. Kəndin adı ironik olaraq belə adlandırılıb.
Həkimlər burda yaşayan sakinlərin xəstələnməməsinin səbəbini maral südündəki təbii elementlərlə əlaqələndirir.