Bir neçə gündür maqazin saytlarında müğənni Şəbnəm Tovuzlunun dünyaya gələcək övladının atasının kim olmasıyla bağlı müxtəlif versiyalar irəli sürülür.
Criminal.az saytı ötən gün həmin şəxsin kim olduğu barədə yazıb. Materialda qeyd edilir ki, sözügedən şəxs Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərovdur.
Xatırladaq ki, sənətçi özü mətbuata açıqlamasında həmin şəxsin Hacı Rafiq adlı biri olduğunu söyləmişdi.
Unikal.org E.Əsgərovun fotosunu təqdim edir.