Bu günlərdə dostlardan biri mənə zəng edib "ANS - dəki "Günəbaxan" verilişində sənin adını çəkiblər" dedi. Acığı, bu xəbərdən qətiyyən narahat olmadım, əksinə, olduqca təmkinlə qarşıladım. Çünki ən azından bu məmləkətdə məmurundan tutmuş, partiya liderinə kimi çoxlarını "qaragünlü" etmiş, əksəriyyətinin "qara siyahı"larını vermişik.
Təbii ki, həmin qaragünlülər öz hikkələrini ancaq ya özlərinə yaxın olan ətraflarının tualet kağızı kimi istifadə olunan qəzetlərində, ya da ANS - in efirində soyuda bilirlər. Bununla belə, çox təəssüflər olsun ki, Mirşahin belə bir işə qol qoyub. Çünki vaxt var idi, Mirşahin özü Mətbuat Şurasını tənqid edirdi. Ancaq... nədənsə zəmanə dəyişdiyi kimi, Mirşahin də dəyişib. Həm də təkcə özü yox, elə kanalı da. Hər ikisi qərəzçilik nümayiş etdirir. Hətta "Günəbaxan" verilişinin aparıcısı Turuşun əlinə "qara eşşəyin" rəngində siyahıya oxşayan bir şey verib ki, çıx efirdən buradakı adları açıqla...
Deməli, belə. Mən heç vaxt media mənsubu haqda yazı yazmağın tərəfdarı olmamışam. Amma nə vaxt ki, qarşımdakı mənə qarşı ÇAŞIB, layiqli cavabın alıb. Qaldı Mirşahin və onun "Günəbaxan Turuş"u, onlar bizim üçün əhəmiyyətini çoxdan itirmişlərdir. Ən azı ona görə ki, bunlarda vicdan olsaydı, qarşı tərəf kimi bizlərin də münasibətini öyrənərdilər. Başqa vaxt vicdandan, qərəzsizlikdən dəm vururlar. Hanı sizin vicdanınız, qərəzsizliyiniz? Bu tip davranışı azmış kimi Mirşahin hələ cəkinmədən kimləri isə MilliMetr etmək istəyir. Təbii ki, kiminsə gözündə yaxşı görsənmək üçün. Öz işidir, qoy etsin, amma onu da yaddan çıxarmasın ki, bizim ANS-dən fərqli olaraq yazdıqlarımızın qarşılığında heç kimin qarşısında öhdəliyimiz yoxdur. Biz ANS - dən fərqli olaraq, bu millətin qanını soran məmurlar haqda yazılar yazıb heç nədən çəkinmədən ictimaiyyətə çatdırmışıq. Və yenə ANS-dən fərqli olaraq biz həmişə qarşı tərəfin də mövqeyini çap etmişik.
Bu gün artıq ictimaiyyətin bir qismi ANS -ə baxmaqdan imtina edib. Çünki ANS artıq "TURUŞ" kimilərinin ümidinə qalıb. Mirşahin haqda isə ümumiyyətlə çox şey yazmaq olar və yəqin yazacağıq da. Çünki bunu özü istədi. Bir də, bu dövlət hamımızındır. Nə Mirşahinin, nə də Aqil Abbasındır ki, çıxıb efir vasitəsilə ictimaiyyətə mətbuat və mətbuat işçiləri haqda, özü də qərəzli fikir söyləsinlər. Bu mətbuatın MƏNİM kimi vətənini, xalqını sevən birisi var. Artıq heç kimə imkan vermərik ki, kimsə bizim haqqımızı mənimsəsin, yesin və ya kiməsə versin.
Yeri gəlmişkən, Mirşahini ilk dəfə Beyləqan rayonunda görüb tanımışam. 1993-cü ilin isti yay günlərində Qubadlıya və daha bir neçə qonşu rayona erməni CINDIRları tərəfindən basqın olmuşdu. Hələ rayon yolu acıqdı, gediş -gəliş var idi. Yadımdadır ki, rəhmətlik Rövşən Cavadov öz dəstəsi ilə Beyləqanda yığışıb, ermənilərin zəbt etdikləri yerlərə yenidən qayıtmaq planını müzakirə edirdi. Orada çəkiliş aparılmasının vacib olduğunu bildirib, Mirşahinə onlarla getməyi təklif etdi. Ancaq Mirşahinin "yox" cavabı tək Rövşən Cavadovu deyil, hamımızı sarsıtdı. Özü də çox möhkəm sarsıtdı. Yəqin həmin epizod o vaxt orada olan OMON-çu qardaşların yadından çıxmaz. Təbii ki, Mirşahinin özünün də. Əlbəttə, əgər iddia etdiyi kimi vicdanlıdırsa. Amma məsələ bunda da deyil. Ondadır ki, dünən müharibənin həlledici məqamlarını lentə almaqdan imtina etmiş birisi bu gün əlindəki imkanlardan yararlanaraq millətə vətənpərvərlik dərsi keçir.
Zatən burada da təəccüblü bir şey yoxdur. Çünki "Günəbaxan Turuş"un köynəyinə yazılan "MƏNİM FAHİŞƏM OL " sözünü həzm edib, onun barəsində heç bir ölçü götürməyən "rəhbərdən" nə desən gözləmək olar. Amma istənilən halda soruşmaq pis olmazdı: budurmu ANS-in vicdanı? Yoxsa hörmətli Mirşahin akademik Cəlal Əliyevin onun haqqında dediklərini də unudub? Niyə cavab vermədi ona? Təbii ki, qorxdu! Belə olmasaydı, yaxud da Cəlal Əliyevin yerinə tutalım Abid Şərifov kimi birisi olsaydı, yəqin gah sağına, gah da soluna hələ də döşüyərdi!
Qaldı mənim və qəzetimin adını çəkməyə, bir daha belə səhvə yol verməsini məsləhət görməzdim. Əks halda ona və şəriki Vahidə hansı kontekstdən yanaşacağımı təxmin edə bilər. Hələ GÜLÇİNİNİ demirəm.
Anladınmı, tamammı MİRŞAHİN?!
Digər Xəbərlər
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30