Türkiyənin məşhur aktyoru İlyas Salman polis tərəfindən saxlanılıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun çəkildiyi "Qatardakı sərnişin" ("Trendeki Yolcu") filminin təqdimatı keçirilən oteldə qadağan olunmasına baxmayaraq spirtli içki içib.
Otəl rəhbərliyinin şikayətindən sonra İ.Salman polis bölməsinə aparılıb və ifadəsi alınıb. Filmin rejissoru Hamit Şahin də aktyorla polis şöbəsinə gedərək danışıq aparıb. Həkim müayinəsindən sonra aktyor sərbəst buraxılıb.