Filippin prezidenti Rodriqo Duterte bəyan edib ki, narkotiklərlə bağlı elan edilmiş "müharibə"dən narazı qalan əcnəbi iş adamları "əşyalarını yığıb gedə bilərlər".

Unikal.org trend-ə istinadən məlumatına görə, dövlət başçısı qeyd edib: "Bu halda əşyalarınızı yığıb ölkədən gedə bilərsiniz. Sizi inandırıram ki, biz yaşayacağıq".

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Daniel Rassel bəyan etmişdi ki, Filippin prezidentinin narkotiklərlə mübarizə üzrə siyasəti iş adamlarının narahatlığına səbəb olub.