Piyada gəzərkən yaxşı nəticə əldə etmək üçün geyimin və qidalanmanın da rolu böyükdür. Paltarlar tərləməyin qarşısını almamalı, eyni zamanda xarici təsirlərdən də qorumalıdır.

Unikal.org bildirir ki, soyuq hava günlərində edilən gərgin idman və piyada gəzinti ürək xəstəliyi və yüksək təzyiq riskini artırır. Buna görə də soyuqdan qorunmaq əhəmiyyətlidir. Lakin gündə yarım saat gəzmək belə, təzyiqin idarə edilməsində və şəkər xəstəliyinin müalicəsində əhəmiyyətlidir: 

"Piyada gəzərkən ayaq sağlamlığına da diqqət edilməlidir. Uyğun və alt yumşaqlığı düzgün seçilmiş idman ayaqqabısı performansı artırır. Qaçışdan və piyada gəzməzdən təxminən bir saat əvvəl asan həzm edilə bilən karbohidrat gümrahlığa səbəb olar. Eyni formada piyada gəzdikdən sonra boşalan karbohidrat anbarları əzələləri əritməsin deyə, bərpa etmək üçün meyvə yeyilməsi məsləhətdir".

Piyada gəzən zaman nizamlı olaraq su içmək lazımdır. Susama hissini gözləmədən 10 dəqiqədən bir su içmək gəzintinin yaxşı keçməsini təmin edəcək, həmçinin yarana biləcək yorğunluğa da mane olacaq: 

"Qaçarkən və ya piyada gəzərkən günəşdən təsirlənməmək üçün eynək taxılmalı, papaq qoyulmalı və kremlərlə açıq yerlərin qorunması zərərlərin yaranmasına mane olar".

Bu səbəbdən də həvəskar və ya professional idman edən hər kəs ilk növbədə zədələnməməyə çalışmalıdır. İdman və piyada gəzmə qrafiki insandan insana fərqli olur. İnsan öz limitlərini bilməli və onun sərhədlərinə qədər idman etməlidir.