Bu gün müğənni Rahidə Baxışovanın xəstəlikdən dünyasını dəyişən qardaşı Raminin 3 mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, qardaşını itirən ifaçı göz yaşları içərisində açıqlama verib:
"Qardaşım insult keçirdi, son vaxtlar vəziyyəti çox ağır idi. Nə qədər müalicə etsək də, onu xilas edə bilmədik. Hələ də yoxluğuna alışa bilmirəm. Allah qardaş dağını heç kimə göstərməsin. Ürəyim yanır mənim. 15 yaşında bir oğlu da yetim qaldı". Big.az