Azərbaycanda bəzi nazirliklərə qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində yeni səlahiyyətlər verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün. Daxili işlər və vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.