Kürk geyimlərə xüsusi sevgisi olan türk müğənni Bülənt Ərsoy qərarını dəyişib.
Unikal.org acunn.com-a istinadən xəbər verir ki, kürk geyindiyi üçün illərdir heyvansevərlərin də tənqidi ilə üzləşən ifaçı, bundan sonra kürk geyinməyəcəyini açıqlayıb:
"Söz vermişəm, bundan sonra kürksüz olacam.
B.Ersoy artıq qarderobunu da yeniləməyə başlayıb. O, özünə yeni geyimlər hazırlaması üçün modelyer Tanju Babacana müraciət edib.