Şəxsi həyatı müzakirə olunan tanınmış müğənni Şəbnəm Tovuzlu (Əsədova) onu hədəfə alan bəzi bədxahlarına primetime.az vasitəsi ilə sərt cavab verdi.
Unikal.org bildirir ki, od püskürən Şəbnəmin fikirlərini olduğu kimi yayımlayırıq:
"Reytinq qazanmaq naminə kimlərsə adımdan istifadə edir. Bugündən etibarən heç bir jurnalistin telefon zənginə cavab vermirəm. Onsuz da düz söz desəm belə inanmırlar. Gözəl ailəm və həyatım var. Özəllərim mənə məxsusdur. Bunu hər kəs bilsin. Əsası olmayan şayiələrdən cana doymuşam. Biz suveren dövlətdə yaşayırıq.Və qanundan heç kim yan qaça bilməz. Barəmdə yalan uydurub, şər-böhtan yazanlar Allah-Təaladan qorxsunlar. Sosial şəbəkələrdə məni təhqir edənlərə də deyirəm ki, bətnimdə daşıdığım övladım halallıqla dünyaya gələcək, atası da yanımdadır. Tərbiyəmə sığınaraq həftələrlə susurdum. Amma susmağın da bir həddi var. Ucuz reytinqə görə hər şeyə əl atırlar. Onlar cəzasız qalmayacaq. Hamilə vəziyyətimdə mənə stress yaşadanları Allaha tapşırıram..."