Müğənni Eldəniz Məmmədov xalq artisti Nisə Qasımova ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.
Unikal.org-un məlumatına görə, ifaçı bildirib ki, arada anlaşılmazlıq olub:
"Məclislərdə o qədər adam olur ki... Kimisə görməyə bilərsən. Axı biz də insanıq, fikirli ola bilərik. Nisə xanımı görüb, salamlaşmamaq həyatı boyu ola bilməz. Çünki mən o sənətkarı çox sevirəm, dəfələrlə verilişində olmuşam, hər zaman hörmətlə görüşmüşük. Əgər biz Nisə xanımı görməmişiksə, üzr istəyirəm. İndiyədək heç kim mənim kiməsə hörmətsizlik etdiyimi deyə bilməz".