İstər sosial şəbəkələrdə, istərsə də xəbər saytlarında hər gün mobil operatorlardan narazı vətəndaşların şikayətlərini oxuyuruq. Kimi hesabından əlavə pul çıxıldığını deyir, kimi isə göstərilən xidmətdən narazılığını ifadə edir. Bir sözlə mobil operatorlar tərəfindən istehlakçı hüquqlarının pozulması halları günümüzün aktual mövzusudur.

H.Babayev qeyd edir ki, bir müddət əvvəl də "Balcell nömrə alarkən belə bir problemlə üzləşib: "Bakcellin bu cür yaramazlığı ilə birinci dəfə deyil üzləşirəm. Bir müddət əvvəl də aldığım nömrə uzun müddət adıma qeydiyyata alınmamışdı. O zaman nömrəni alarkən müqavilə təqdim etmişdilər. Bununla nömrəni adıma keçirə bildim. Başa düşə bilmirəm ki, bu şirkət nömrə satdığı dilerlərdən nömrənin kimə satıldığı barədə sənədi niyə tələb etmir. Bu qədər özbaşınalıq, məsuliyyətsizlik olar? Təsəvvür edin mənim kimi nə qədər insan var ki, nömrə alır və adına qeydiyyata alınmır. "Bakcell hansı səbəbdən bu addımı atır məlum deyil. Yəqin ki, bunu müvafiq orqanlar araşdırsa səbəbini ortaya çıxarar. Çünki, təhlükəsizlik baxımından olduqca məsuliyyətsiz bir hərəkətdir. Belə çıxır ki, hansısa terrorçu gəlib nömrə alsa, istədiyini etsə, terrorla bağlı hansısa qüvvələrə məlumat ötürsə onu tapmaq, ortaya çıxarmaq müvafiq qurumlar üçün müşkülə çevriləcək. Bu şirkət kimin və ya kimlərin maraqlarına xidmət edir bəlli deyil. Hesab edirəm ki, bununla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir.



-Unikal.org: "Dilerin nömrəni müqaviləsiz və heç bir sənəd olmadan satması "Bakcell"in əsasnaməsinə uyğundurmu?
-"Bakcell: "İlk olaraq onu qeyd edirik ki, "Bakcell MMC-nin göstərilən ünvanda rəsmi diler mağazası yoxdur. Əlavə olaraq məlumat üçün bildiririk ki, "Bakcell MMC-nin və onunla əməkdaşlıq edən bütün mövcud olan diler və distributorların fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 07 iyul tarixli, 131 nömrəli Qərarı ilə təsdiq edilmiş "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan Şərtlərinə uyğun olaraq həyata keçirilir. Belə ki, qeyd edilən Şərtlərə müvafiq olaraq, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distributorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilənin Azərbaycan Respublikasının dövlət dilində olması və bağlanması, və həmin müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surətinin əlavə olunması təmin edilir.
-Unikal.org: "Şirkət dilerlərə nömrə verərkən onlardan nömrəni kimə satdıqları barədə sənəd tələb edirmi? Edirsə, bəs nə üçün belə problemlər yaranır və bunun məsuliyyəti kimin üzərindədir?
-"Bakcell: "Nömrə diler və yaxud distributor tərəfindən satılarkən "Bakcell-in təmin etdiyi elektron sistemə daxil edilir. Daha sonra abunəçi məlumatına əsasən abunə müqaviləsi çap edilir, abunəçi tərəfindən imza ilə təsdiqlənir. Həmin müqavilələr hazırda qüvvədə olan əməkdaşlıq müqaviləsinə əsasən 60 gün ərzində "Bakcell şirkətinə təhvil verilməlidir ("Agent müqaviləsi- 2.1.17-ci bənd, "Nömrə paketlərinin alqı-satqısına dair müqavilə -2.13-cü bənd).
-"Unikal.org": Milli təhlükəsizlik baxımından "Bakcell" şirkətinin məsul şəxsləri bu cür halları necə qiymətləndirir?
-"Bakcell: "Nəzərə alsaq ki, "Bakcell MMC-nin cari fəaliyyəti üçün əhəmiyyətli olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 07 iyul tarixli, 131 nömrəli Qərarı «Telekommunikasiya haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəalarının təmin etmək məqsədilə qəbul edilib, şirkətimiz və onun əməkdaşları ümumiyyətlə bu cür halları çox neqativ hallar kimi qəbul edir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Bakcell nömrələrin onlayn satışına tam hazırdır və əgər müvafiq dövlət orqanları mobil operatorlardan bütün nömrələrin onlayn rejimdə satışını məcburi etsələr, nömrələr satılarkən ayrı- ayrı satış obyektlərində sənədləşmə ilə bağlı problemlər aradan qaldırılar.
Elvin Rüstəmov