Lider TV-də Lamiyyə Ələkbərovanın aparıcısı olduğu proqramın qonaqları son zamanlar saytların manşetlərindən düşməyən Şəbnəm Əsədova (Tovuzlu), jurnalist və aparıcı Tahirə Məmmədli olub. Aparıcının təkidi ilə efirə çıxan Şəbnəm, kefsiz görünüşü ilə diqqət çəkib.
Unikal.org -un məlumatına görə, depresssiyaya düşdüyünü bildirən müğənni, haqqında yayılan əsassız xəbərlərdən cana doyduğunu bildirib:
"Ötən gündən bu günə kimi çox stress keçirdim. Bir neçə saytlarda mənə aid olmayan çox biabırçı yazı paylaşıldı. Təbii ki, bunun reklam xarakterli, oxucu kütləsi toplamaq üçün əvvəlcədən qurulmuş bir plan olduğunu bilirik".
Jurnalist T.Məmmədli müğənninin sözlərinə müdaxilə edərək bu sözləri deyib:
"Mən hər zaman haqq-ədalətin tərəfdarı olmuşam. İnsan ilk növbədə ədalətli olmağı bacarmalıdır. Bilirəm ki, o, hamilədir. Dost olmağımıza baxmayaraq, bir jurnalist kimi mövqeyim dosta, tanışa baxmır. Hər zaman həqiqətin tərəfdarı olmuşam. Görürəm ki, bu insan haqsılığa uğrayıb, ədalətsizliyin qurbanı olub, böhtan atılıb. Ötən gün Şəbnəm xanımla əlaqə saxladım, gördüm ki, vəziyyəti çox pisdir. Telefonu həyat yoldaşı aldı və dedi ki,
"Tahirə xanım, mən gizlənməmişəm. Uşağın atası mənəm və ortalığa çıxıb, haqqımı tələb edirəm. Mənim ailəmə böhtan atan insan məhkəmə qarşısında cavab verəcək. Ya yazdığını sübut edəcək, ya da qoyduğu şəkli, məmurun kim olduğunu. Əgər Şəbnəmlə münasibətini sübut etsə, mənim o insanla işim yoxdur. Bir azərbaycanlı kişinin ailəsinə, namusuna toxunmağına nə jurnalistin, nə siravı insanın, nə aparıcının, ümumiyyətlə heç kimin ixtiyarı yoxdur".
Şəbnəm, həmin əsassız informasiyanı yazanın kişi olduğunu bildirərək, əsəbi halda sözlərinə davam edib:
"Mənim yoldaşım Moskvadadır. Şükür Allaha gedir də, gəlir də. Mən boşanmış bir insanla ailə qurmuşam. Sadəcə olaraq bu insan 1 il öncə keçmiş ailəsində ayrılıb. Mənim də bundan əvvəlki həyatım düz gətirməyib. Biz ağsaqqallar, nəsil-kökün məsləhəti ilə ailə qurmuşuq. Sadəcə onu demək istəyirəm ki, Şəbnəm niyə ailə dağıdır?! Ay insanlar, mən ailə dağıtmıram. Mənim şəxsi ailəmdir, həyat yoldaşımdır. Birdəfəlik bunu bilin. Həyat yoldaşı bir çox müğənnilər yetəri qədər tanıyır. Bu insan sadəcə olaraq sosial şəbəkələri, efirdə görünməyi, özünü reklam etməyi sevmir. Əsl kişi reklamı sevməz. Həyat yoldaşım nəyə görə insanlara maraqlı olmalıdır?! Sənət adamı mənəm, o deyil. İndiyədək abırıma bükülüb sakit dururdum. Amma bundan sonra danışmaya bilmərəm".
Proqramın sonunda Şəbnəm həyat yoldaşı ilə kəbin kağızını göstərilərək, yayılan söz-söhbətlərə nöqtə qoyub.
Primetime.az