Türkiyədə FETÖ üzvləri bir qadın millət vəkilinin hamamda videosunu çəkib.
Unikal.org publika.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin ətraf mühit və arxitektura naziri Mehmet Özhaseki deyib.
Onun sözlərinə görə, FETÖ üzvləri hər kəsi dinləyiblər, onların dediklərini etməyənlərin videolarını çəkiblər.
"Bir xanım millət vəkili mənə dedi ki, onun hamamda olarkən videosunu çəkiblər. Həmin millət vəkili parlamentdə bunlara toxunan fikirlər səsləndirib. Bundan sonra ona videokasset göndəriblər. Hamamda çimərkən videosu çəkilib", - deyə o bildirib.
Lakin o, həmin millət vəkilinin adını açıqlamayıb.