Konyada toy gecəsi dəhşətli hadisə yaşanıb.
Unikal.org xarici mətbuata istinadən bildirir ki, toy gecəsi gərdəyə girən qızla oğlan faciə ilə qarşılaşıb. "Qız bakirə çıxmadı" deyib əvvəl qızı, sonra isə özünü güllələyən bəy güzgüyə belə bir ismarıc da yazıb:
" Ana, ata sizi çox sevirəm. Ancaq qız bakirə deyildi".
Vəziyyəti ağır olan gəlin isə bakirə olduğunu və hər cür müayinəyə hazır olmağını bildirib. Müayinə nəticəsində isə gəlinin düzgünlüyü isbat olunub.