32 il əvvəl, 12 yaşı olarkən "National Geographic" jurnalının üz qabığına çəkilən məşhur "Əfqan qızı" həbs olunub.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, Şərbət Gula saxta pasportdan istifadə edərək Pakistana keçdiyi üçün tutulub. O, Pişəvər şəhəri ilə sərhəddə saxlanılıb.
Qeyd edək ki, Şərbət Gülanın fotosu 1984-cü ildə fotoqraf Stiv MakQurri tərəfindən SSRİ və Əfqanıstan müharibəsi zamanı çəkilib və həmin ərəfədə o, yetim qalıb.
Uzun illər kimliyi maraqlı qalan naməlum əfqan qızı 2002-ci ildə tapılıb.